Fransanın Azərbaycandakı səfirliyi vizaların verilməsini dayandırdı

fransanin-azerbaycandaki-sefirliyi-vizalarin-verilmesini-dayandirdi
Oxunma sayı: 1229

Fransanın Azərbaycandakı səfirliyi vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Tvitter səhifəsində yazıb:

“Əziz azərbaycanlı dostlar! Parisdən verilən təlimata əsasən, yerli və qlobal olaraq vizaların verilməsi müvəqqəti olaraq dayandırıldı. COVİD-19 böhranı bitdikdən sonra sizə Fransada qarşılamağa ümid edirik.

Novruz bayramınız mübarək!”.