Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makron karantin rejiminin ləğvindən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.
“Qafqazinfo” Fransa mətbuatına istinadən xəbər verir ki, Sen-Sen-Deni departamentində yerləşən Monfermey xəstəxanasını ziyarət edən Brijit Makron xəstəxana personalı ilə görüşüb.
Xəstəxananın həkim heyəti və tibb bacıları ilə səhiyyə məsələlərini müzəkirə edən xanım Makronun maska taxması diqqətdən yayınmayıb. Həmçinin onunla görüşən hər kəsin maska taxdığı və sosial məsafə qaydalarına riayət etdiyi də müşahidə olunub.
Qeyd edək ki, B. Makron Fransada karantinin tətbiq olunmağa başladığı 17 martdan sonra ilk dəfədir ki, ictimai tədbirdə görünür.




Son xəbərlər
Son Xəbərlər