Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan siyasi fəal saxlanıldı

fransanin-mustemlekecilik-siyasetine-qarsi-cixan-siyasi-feal-saxlanildi
Oxunma sayı: 1360

Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyinə görə tanınan siyasi aktivist Kemi Seba Parisdə polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, polislər onu bu gün günorta saatlarında nahar etdiyi restoranda saxlayaraq özləri ilə aparıblar.

Bir müddət əvvəl Nigerin lideri Abdorahmane Tiani tərəfindən müşavir təyin olunan Kemi Seba Fransa hökumətinin müstəmləkə siyasətinə qarşı radikal çıxışları ilə tanınıb. Onun təyinatından sonra Niger Qərb ölkələri ilə diplomatik əlaqələri dayandrıb.

Qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan Kemi Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti Əleyhinə Beynəlxalq Konfsanda da iştirak edib.