Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlarından imtina etdilər

fransanin-muxalifet-partiyalari-yeni-hokumetdeki-mandatlarindan-imtina-etdiler
Oxunma sayı: 1090

Fransanın yeni hökumətinin tərkibi müxalif siyasi qüvvələrin hakim partiya ilə birlikdə işləməkdən imtina etməsi nəzərə alınaraq elan edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yeni kabinetin ilk iclasında çıxışı zamanı bildirib.

“Baş nazir Elizabet Born mənə ötən həftəki məsləhətləşmələrin nəticələri barədə məlumat verdi. Müxalifət partiyalarının koalisiya hökumətində iştirak etmək istəyinin olmaması nəzərə alınmalıdır”, - Fransa lideri qeyd edib. 

Makron vurğulayıb ki, ölkədəki siyasi vəziyyət hökumətdən iddialı və təşəbbüskar mövqe tələb edir:

“Ölkəmizə islahatlara, transformasiyalara, eləcə də çətin güzəştlərə getmək üçün məsuliyyət lazımdır. Fransa üçün “əsl müstəqillik” qurmaq üçün xüsusilə ekologiya və demoqrafiya sahəsində dərin dəyişikliklər etmək lazım gələcək”.