Fransanın sabiq Baş nazirinə həbs cəzası verildi - Fotolar

Fransanın sabiq Baş nazirinə həbs cəzası verildi
Oxunma sayı: 1705

Paris şəhər məhkəməsi Fransanın sabiq Baş naziri Fransua Fiyonu 5 il azadlıqdan məhrum edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, sabiq Baş nazirin cəzasının 3 ili şərti olaraq verilib. Fiyon dövlət vəsaitini əsassız xərcləməkdə ittiham olunur. Onun xanımı Penelopa Fiyon da 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. P.Fiyon həyat yoldaşı ilə birlikdə dövlət vəsaitini mənimsəməkdə və əri tərəfindən saxta şəkildə işə götürülməkdə ittiham olunur.

Onlar qərardan apelyasiya şikayəti verəcəklərini bildiriblər.

Qeyd edək ki, Fransua Fiyon 2007-2012-ci illərdə Baş Nazir olub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi