Fransanın sabiq prezidenti koronavirusdan öldü - Yenilənib

fransanin-sabiq-prezidenti-koronavirusdan-oldu
Oxunma sayı: 3018

Fransanın sabiq prezidenti Jiskar d`Esten 94 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “Europe 1” radiostansiyası xəbər verib.

Siyasətçi noyabrın ortalarında ürək çatışmazlığı səbəbindən Fransanın qərbindəki Tur şəhərinin xəstəxanalarının birinə yerləşdirilmişdi.

Hazırda radiostansiyanın məlumatı nə Yelisey sarayı, nə də eks-prezidentin ailəsi tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Jiskar d`Esten Fransaya 1974-1981-ci illərdə rəhbərlik edib.

***

“France-Presse” agentliyinin siyasətçinin ailəsinə istinadən verdiyi xəbərə görə, Jiskar d`Estenin ölümünə səbəb "COVID-19" xəstəliyi olub.

“Valeri Jiskar d`Esten dekabrın 2-də Luar və Şer departamentindəki ailə evində dünyasını dəyişib. Ölüm onun sağlamlıq vəziyyətinin kəskin pisləşməsi nəticəsində baş verib, o, "COVID-19"dan vəfat edib”, - məlumatda deyilir.