Fransanın tanınmış aktyoru dünyasını dəyişdi

fransanin-taninmis-aktyoru-dunyasini-deyisdi
Oxunma sayı: 1207

Fransanın tanınmış aktyoru Fransa Perro 94 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Figaro” nəşri yazıb. 50-dən çox tammetrajlı filmə çəkilən aktyor “Manparnasın sevgilisi”, “Mənim düşmənimin cəsədi”, “Çirkli əllərlə günahsızlar” ekran əsərləri ilə populyarlaşıb.

1990-cı ildə o, “Həyat və başqa heç nə” filmindəki roluna görə “Sezar” mükafatına layiq görülüb.