Fransanın XİN rəhbəri Bakıya gəlir

fransanin-xin-rehberi-bakiya-gelir
Oxunma sayı: 746

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian mayın 27-də Azərbaycana səfər edəcək. 

XİN-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın həmkarı Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.