Fransanın XİN rəhbəri Kiyevdə səfərdədir - Foto

fransanin-xin-rehberi-kiyevde-seferdedir
Oxunma sayı: 1216

Fransanın xarici işlər naziri Katrin Kolonna Kiyevə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı fransalı nazir öz rəsmi tviter hesabında yazıb. 

“Kiyevə geri dönməyə görə şadam”, - deyə Kolonna qeyd edib.

O, həmçinin hesabında Fransanın Kiyevdəki səfiri Etyen de Ponsen ilə birgə fotosunu da paylaşıb. 

Bununla belə, Fransanın XİN rəhbəri Kiyevə səfərinin məqsədini açıqlamayıb.