Fransada Edurard Filippin istefasından sonra Jan Kasteks yeni Baş Nazir təyin edilib.
“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Elizey Sarayının bu gün yaydığı açıqlamada Edurard Filippin və onun rəhbərlik etdiyi hökumət kabinetinin Makrona təqdim etdiyi istefa müraciətinin qəbul edildiyi bildirilib. Filippin istefasından sonra Jan Kasteks Baş Nazir təyin olunub.
Qeyd edək ki, Fransada davam edən sosial və iqtisadi böhranların fonunda uzun müddət idi ki, Baş Nazirin istefası gözlənilirdi.
Son xəbərlər
Son Xəbərlər