Fransanın əmək naziri Elizabet Born ölkənin Baş naziri postuna təyin edilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb.
“Prezident Emmanuel Makron Elizabet Bornu Baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, - kommünikedə deyilir.
Born 2020-ci ilin iyul ayından Nazirlər Kabinetinə rəhbərlik edən və bazar ertəsi Makronla görüş zamanı istefa verən Jan Kasteksi əvəz edir. O, Fransa tarixində Baş nazir təyin edilən ikinci qadın oldu.
Son xəbərlər
Son Xəbərlər