Fransanın yeni prezidenti bu gün and içir

fransanin-yeni-prezidenti-bu-gun-and-icir
Oxunma sayı: 656

Fransanın yeni seçilmiş prezidenti Fransua Olland bu gün səlahiyyətlərinin icrasına başlayacaq. ANS PRESS-in məlumatına görə, yeni prezidentin andiçmə mərasimi Yelisey sarayında keçiriləcək.

Seçkt kampaniyasının gedişində Fransua Olland dəfələrlə bəyan etmişdi ki, fransızları yoran Nikola Sarkozi ilə müqayisədə “sadə, normal” prezident olacaq. O, 2007-ci ildən fərqli olaraq, bu dəfə prezident səlahiyyətlərinin ötürülməsi mərasiminin sadə və rəsmi keçirilməsi qərarına gəlib.

Andiçmə mərasimində Fransua Ollandın övladları iştirak etməyəcək. Bu barədə qərar Fransanın yeni prezidentinin böyük oğlu Toma Ollandın evindəki naharda qəbul edilib.

“Biz qüsursuz respublika yaratmalıyıq. Prezident seçilən Fransua Ollandın, onun ailəsi və dostları yox”, - Fransa prezidentinin vətəndaş nikahında olduğu Seqolen Ruayl bildirib. Onun sözlərinə görə, Fransu Ollandın övladlarının özləri inauqurasiya mərasimində iştirak etmək istəmirlər. Çünki oranın onları yeri olmadığını başa düşürlər - ailəvi yaxınlıq anları da olur, protkola riayət edilməsi rəsmi mərasimlər də.


Fransau Olland Yelisey sarayına yerli vaxtla saat 10-da (Bakı vaxtı ilə 13.00) gələcək. Onu Nikola Sarkozi qarşılayacaq və onlar prezidentin iş otağında görüş keçirəcəklər. Keçmiş prezident xələfinə ballistik raketlərin buraxılması üçün “nüvə kodları”nı və əsas sənədləri təqdim edəcək. “Figaro” qəzetinin məlumatına görə, Nikola Sarkozi Fransua Ollandı daha yüksək vəzifələrə çəkilməyə layiq olan dövlət qulluqçularının siyahısını da təqdim edəcək. Maraqlıdır ki, Fransua Olland debatlardan birində Nikola Sarkozini yaxınlarını vəzifələrə təyin etməkdə günahlandırmışdı. Özünü təhqir olunmuş hesab edən Sarkozi isə rəqibini “xırda iftiraçı” adlandırmışdı.

Görüşdən sonra Nikola Sarkozi Yelisey sarayını tərk edəcək, Fransua Olland isə mərasim zalına yollanacaq. Andiçmə mərasimində deputatlar, hökumət üzvləri, siyasi və ictimai xadimlər, yeni dövlət başçısının yaxın silahdaşları iştirak edəcəklər.

Saat 10.45-də Fransua Olland prezident kimi xalqa ilk müraciətini edəcək. Sonra yeni prezident Yelisey meydanında naməlum əsgərin məzarını ziyarət edəcək. Beş il əvvəl Nikola Sarkozi bu səfər üçün “Peugeot 607 Paladine” avtomobilindən istifadə etmişdi. Amma özünü sosialist Fransua Mitteranın siyasi davamçısı sayan Fransua Olland “Citroen” avtomobilinə üstünlük verib. Maşının banı xüsusi olaraq inauqurasiya üçün hazırlanıb: satışda olan hetçbeklərdən fərqli olaraq, bu avtomobilin damı açılır.

Bu gün Fransa prezident ilk xarici səfərə yollanacaq. O, Berlində Almaniyanın federal kansleri Angela Merkellə görüşəcək.

Fransua Olland Paris hava limanına yollandığı ərəfədə Fransanın yeni baş nazirinin adı avçıqlanacaq. KİV-in məlumatına görə, bu vəzifəyə ən real namizəd sosialistlərin Fransa parlamentinin aşağı palatasındakı fraksiyasının rəhbəri Xan-Mark Eyrodur. Onun əsas rəqibi Sosialist Partiyasının limderi Martin Obridir.

Xarici işlər nazir vəzifəsinə əsas namizədlər Fransua Ollandın seçki kampaniyasının rəhbəri Pyer Moskoviçi və kampaniyanın rəsmi nümayəndəsi Manuel Valsdır.

Bu həftənin sonunda Fransua Ollandın Ağ evdə ABŞ prezidenti Barak Obama ilə görüşü gözlənilir. O, daha sonra G8 və NATO ölkələrinin liderləri ilə tanış olacaq.

Nikola Sarkozi isə səlahiyyətlərini təhvil verdikdən sonra Aralıq dənizinin sahilində həyat yoldaşı Karla Brunninin ailə villasında istirahətə yollanacaq. Nikola Sarkozi prezidentliyi dövründə də tətil və bayramları Karla Bruni ilə bu villada keçirirdi.