“Qarabağ”ın futbolçusu Ansi Aqolli dünən Albaniya yığması ilə Fransaya 0:2 hesabı ilə uduzduqları oyundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, ölkəsinin mətbuatına açıqlama verən müdafiəçi çox məyus olduqlarını bildirib: “Yaxşı oyun oldu. İlk hissədə rəqiblə necə lazımdır mübarizə apardıq. Ərazi üstünlüyünün tam olaraq fransızlara keçməsinə mane olduq. Hücumlarımız da oldu. Amma sona qədər dözə bilmədik”.
Son xəbərlər
Son Xəbərlər