Fransalı aktrisa Marion Kotiyar ikinci dəfə ana olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisanın qız övladı ötən həftənin cümə günü dünyaya gəlib. Marion və həyat yoldaşı Qiyom Kane bu xəbəri mətbuatdan 1 həftə gizlədə biliblər.
Cütlüy yeni doğulan körpəyə Luiza adını verib.
Xatırladaq ki, 2008-ci ildə ailə quran Marion və Kanenin 5 yaşlı Marsel adlı oğulları var.


Son xəbərlər
Son Xəbərlər