Fransız futbolçu qəzada öldü

fransiz-futbolcu-qezada-oldu
Oxunma sayı: 1753

Fransanın “Genqam” klubunun hücumçusu Natael Julan avtomobil qəzasına düşüb.

"Qafqazinfo" xəbər verir ki, 24 yaşlı hücumçunun avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Qəza nəticəsində Julan hadisə yerində ölüb.

Qeyd edək ki, "Le-Havr"ın yetirməsi olan fransalı oyunçu 2018-ci ildən "Qenqam"da çıxış edirdi.