Fransanın Reins şəhər məhkəməsi PKK-nın 4 üzvü haqqında həbs qərarı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “LUNİON” məlumat yayıb.
Məlumata görə, 4 PKK üzvü dekabrın 7-də Parisdə “terror təşkilatını maliyyə resursu ilə təmin etmək” maddəsi ilə günahkar bilinərək həbs edilib.
Bundan əlavə onların “polisə məcburi iqamətgah ünvanı bildirməmə” maddəsinə görə də 2 ay həbs və 300 avro pul cəzasına məhkum edildiyi bildirilib.
Qeyd edək ki, həbs edilən PKK üzvləri azadlıqda olarkən terror təşkilatının adından xərac toplamaqla məşğul olublar.
Son xəbərlər
Son Xəbərlər