Fransız mer Naxçıvana səfər edəcək

Fransız mer Naxçıvana səfər edəcək
Oxunma sayı: 822

Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin 1-ci iclasında iştirak etmək üçün Parisdə səfərdə olan Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəsi Bəxtiyar Əsgərov Naxçıvan şəhəri ilə qardaşlaşma xartiyası imzalamağa hazırlaşan Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron ilə görüşüb.

“Qafqazinfo” “Nuhcixan” agentliyinə istinadən xəbər verir ki, görüşdə iki şəhərin tarixindən, iqtisadiyyatından danışılıb. Mer Ceyms Şeron bildirib ki, Sena və Yonn çaylarının sahilində yerləşən Montro-Fot-Yonnda əvvəllər kənd təsərrüfatı və ticarət daha çox inkişaf etmiş və şəhərin geniş ticarət əlaqələri olub. Ancaq ötən əsrin sonlarından şəhər sənaye və demoqrafik inkişaf baxımdan geniş vüsət götürüb və sənaye şəhərinə çevrilib.

Bəxtiyar Əsgərov Naxçıvanın tarixi və mədəni irs abidələri, eləcə də mədəniyyəti və mətbəxinə dair kitabları, Muxtar Respublikanın tarixi və mədəni irs abidələrinə dair diskləri merə hədiyyə edib. Bildirib ki, bu kitablar və disklər Naxçıvanı daha yaxından tanımaq üçün yardımçı olacağına inanır. Daimi nümayəndə Montro-Fot-Yonn şəhərinin merini Naxçıvana səfərə dəvət edib.

Dəvəti böyük məmnuniyyətlə qəbul edən mer Ceyms Şeron qarşıdan gələn bələdiyyə seçkilərindən sonra Naxçıvana səfər edəcəyini bildirib. Əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını deyib.

Görüşdə səfirliyimizin II katibi Suliddin Məmmədov və Montro-Fot-Yonnun Meriya Şurasının Azərbaycan üzrə əlaqələndiricisi Marqo Qomes dö Kastro da iştirak ediblər.

Montro-Fot-Yonn şəhərini yaxından tanımaq üçün Naxçıvan nümayəndəsinə xüsusi proqram təşkil olunub. Meriya Şurasının Azərbaycan üzrə əlaqələndirici Marqo Qomes dö Kastronun müşayiəti ilə Naxçıvanın daimi nümayəndəsi şəhərdə fəaliyyət göstərən “Rəqəmsal Akademiyada (La Digitale Academie), “Micro-Folie” virtual muzeyində, eləcə də Fransanın tarixində böyük rol oynamış tarixi hadisələrin cərəyan etmiş olduğu məkanlarda olub.  

Gənclərin müxtəlif universitetlərin diplomuna yiyələnməsini asanlaşdırmaq məqsədi ilə yaradılmış Rəqəmsal Akademiya (La Digitale Académie) ilə tanışlıqdan sonra Akademiyanın direktoru Soazig Grosla müzakirələrdə Bəxtiyar Əsgərov Naxçıvan Universitetləri və distant təhsil haqqında məlumat verib.

Montro-Fot-Yonn şəhərinin Micro Folie” rəqəmsal virtual muzeyinə səfər zamanı muzeyin fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, “Micro Folie”də Fransanın bütün muzeylərinin, eləcə də bir çox ölkələrin məşhur muzeylərinin eksponatları ilə daha yaxından tanış olmaq mümkündür. Muzeyin əsas məqsədi  digər şəhərlərdəki muzeylərə getmək imkanı olmayan sakinlərə yardımçı olmaq və həmin muzeylərin eksponatlarını təqdim etməkdir.

Xatırladaq ki, cari ilin aprel ayında Sen və Marn departamentinin Montro-Fot-Yonn şəhərində 178-ci Müqəddəs Parfe sərgi-yarmarkasında Azərbaycanın fransadakı səfirliyinin təşkilatçılığı ilə Naxçıvan öz stendi ilə təmsil olunub. Naxçıvan stendi ziyarətçilərin böyük marağına səbəb olub.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi