Fransız nazir də koronavirusa yoluxdu

fransiz-nazir-de-koronavirusa-yoluxdu
Oxunma sayı: 3393

Fransanın Mədəniyyət naziri Frank Riester də koronavirusa yoluxub.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda müşahidə altında olan nazirin durumunun stabil olduğu bildirilir.

Qeyd edək ki, daha öncə Fransa parlamentinin deputatı Jan-Lük Reytser də koronavirusa yoluxub.

Xatırladaq ki, sözügedən ölkədə 25 nəfər koronavirusdan dünyasını dəyişib.