Fransız tarixçi ermənipərəst ABŞ konqresmeninin cavabını verdi - Foto

fransiz-tarixci-ermeniperest-abs-konqresmeninin-cavabini-verdi
Oxunma sayı: 5008

Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən fransız tarixçi, politoloq Maksim Qauen ermənipərəstliyi ilə tanınan ABŞ konqresmeni Frenk Pellonenin Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə törətdiyi genişmiqyaslı təxribatla bağlı çağırışını əhəmiyyətsiz adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, hər zaman olduğu kimi Ermənistanın hərbi təxribatlarını “Azərbaycanın təcavüzü” kimi qələmə verməyə çalışan Frenk Pellone sosial şəbəkə vasitəsilə ABŞ Dövlət Departamentini və dövlət katibi Entoni Blinkeni bölgədə sülhün təmin edilməsi məqsədilə ATƏT-in Minsk qrupu ilə işləməyə çağırıb.

Maksim Qauen ermənipərəst konqresmenə bu şərhlə cavab verib: “Dedikləriniz tamamilə əhəmiyyətsizdir, ABŞ hökuməti belə bir şey etməyəcək və siz bunu bilirsiniz”.