Fransada “Ifop-Fiducial” şirkəti ölkədə nazirlərdən tutmuş prezidentə qədər bütün vəzifəli şəxslərin reytinqini öyrənmək üçün sorğu aparıb.
“Qafqazinfo”nun “Le Figaro” nəşrinə istinadən xəbərinə görə, sorğuda iştirak edən respondentlərin 73%-i keçmiş ekologiya naziri Nikolya Yulonu bəyəndiklərini bildiriblər.
Eks-baş nazir Alen Jyuppe 56% səs, DİN rəhbəri Jan-İv Drian 49% səs toplayıb.
Respondentlərin yalnız 36%-i hazırki prezident Emmanuel Makronu bəyəndiklərini ifadə ediblər.
Son xəbərlər
Son Xəbərlər