Fransızlar “Qarabağ”dan Zubiri istəyir - Bakıya gəldilər

fransizlar-qarabagdan-zubiri-isteyir
Oxunma sayı: 2610

“Qarabağ”ın futbolçusu Abdullah Zubir karyerasını yenidən Fransada davam etdirə bilər.

“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçinin xidmətində “Qenqam” klubu maraqlıdır.

Bu iddia ilə Fransa mətbuatı çıxış edib. Bildirilir ki, ötən mövsüm Liqa-2-yə yuvarlanan “Qenqam”ın prezidenti Bertrand Desplat və klub rəsmisi Stefan Karnotun danışıqlar üçün Bakıdadır.

Qeyd edək ki, Zubir 2018-ci ilin yayında “Lans”dan (Fransa) “Qarabağ”a transfer olunub.