“Fransızlar Ukrayna uğrunda ölməyəcəklər”

fransizlar-ukrayna-ugrunda-olmeyecekler
Oxunma sayı: 1452

“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”.

“Qafqazinfo” xəbər verir ki, bunu “France Inter” radiostansiyasının efirində Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

“Fransızlar Ukrayna uğrunda ölməyəcəklər. Biz öz qoşunlarımızı göndərməyəcəyik”, - deyə nazir qeyd edib. 

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron fevralın 26-sı Qərb ölkələrinin liderləri ilə görüşün yekunlarına dair danışarkən Ukraynaya təcili dəstək üçün koalisiyanın yaradılmasını elan edib. Koalisiya Ukrayna ordusuna orta və uzaqmənzilli raket və bomba göndərilməsini nəzərdə tutur.

Bununla yanaşı, Fransa lideri Qərb ölkələrinin Quru Qoşunlarının Ukraynaya göndərilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, görüşdə tərəflər bu məsələ ilə bağlı ortaq məxrəcə gələ bilməsə də, gələcəkdə bu ssenarini istisna etmək olmaz. Bunun ardınca, bir çox ölkənin nümayəndələri Ukraynaya qoşun göndərməyi planlaşdırmadıqlarını açıqlayıb.