“Freedom House”dan Azərbaycana sərt hesabat

freedom-housedan-azerbaycana-sert-hesabat
Oxunma sayı: 1344


“Qafqazinfo” “Turan” xəbər verir ki, Azərbaycana həsr olunan bölmədə deyilir ki, ölkədə avtoritar, yadfikirliliyə dözümsüzlüyü, vətəndaş azadlıqlarına və siyasi hüquqlara etinasızlığı ilə seçilən rejim hökm sürür. Hesabatda qeyd olunur ki, 2003-ci ildə İlham Əliyevin hakimiyyətə gəlişi ilə repressiv tədbirlər güclənib, neft gəlirləri axınından hakim rejimin təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili və xarici tənqidi səslərin susdurulması üçün istifadə edilib: “2013-cü ilin oktyabrında İlham Əliyev nöqsanlı seçki vasitəsilə üçüncü dəfə prezident seçilib. Dövlət resursları üzərində inhisar və amansız qorxutma siyasəti səbəbindən onun qələbəsi gözlənilən idi. Hakimiyyət əvvəlkitək etirazlara qarşı mübarizə aparır, icazəsiz etiraz aksiyalarının təşkilinə və iştiraka görə yüksək cərimələr tətbiq edir. Martda qanunvericiliyə edilən düzəlişlər QHT-lərin fəaliyyətini çox çətinləşdirib.

Prezident seçkisi ərəfəsində dövlət orqanları müstəqil KİV-i susdurmaq üçün yeni addımlar atıb. Hakimiyyət  tənqidçi jurnalistləri susdurmaq üçün uydurma ittihamlardan istifadə edir, eyni zamanda jurnalistlərə qarşı hücum və zorakılıq halları araşdırılmamış qalır. Müstəqil KİV-in iqtisadi durumu pisləşib: “Azadlıq” və “Yeni Müsavat” qəzetləri yüksək cərimələr səbəbindən bağlanmaq təhlükəsi ilə üzləşib”.

“Freedom House” fəalların, bloqçu və siyasətçilərin, o cümlədən prezidentliyə namizəd İlqar Məmmədov və yerli müşahidəçilər missiyasının rəhbəri Anar Məmmədlinin həbs olunduğunu vurğulayır.

Qeyd olunur ki, hökumət ciddi siyasi islahatlar keçirmək istəmir: “Seçkidən sonra Əliyev rejimi öz hakimiyyətinin konsolidasiyasını davam etdirir. Neft hasilatı ilə iqtisadi və sosial bərabərsizlik də artır. 2013-ci ilin sonunda neft məhsullarının qiymətinin artması əsas malların qiymətinin artmasına gətirib çıxarıb. Bu iqtisadi narazılıqlar sosial gərginliyin artmasına səbəb olacaq və rejimi repressiv aparatı möhkəmləndirməyə sövq  edəcək”.