Fridman 13 milyardlıq sərvətini bağışlayacaq - 4 uşağını mirassız qoyur

fridman-13-milyardliq-servetini-bagislayacaq
Oxunma sayı: 2147

Rus milyarder Mixail Fridman bütün sərvətini xeyriyyə işlərinə xərcləyəcək.

Qafqazinfo” xəbər verir ki, bu barədə Fridman Forbes Club-ın toplantısında danışıb.

Onun sözlərinə görə, uşaqlarına miras saxlamaq niyyətində deyil. Birincisi ona görə ki, onlar özləri karyeri yüksəlişi əldə edəcəklər, ikincisi, düzgün məqsədləri olmayan insanların diqqətinin onların üzərlərində olmasını istəmir:

“Mən bu tipli ictimai sözlər verməyi sevmirəm, lakin deyə bilərəm ki, qərar qəbul etmişəm – sərvətim xeyriyyəçiliyə gedəcək. Öz uşaqlarım üçün edəcəyim ən pis şey onlara küllü miqdarda pul miras qoymaq olardı”.

Qeyd edək ki, Fridmanın 4 uşağı var. Ümumi sərvəti 13,3 milyard dollardır.