ABŞ-ın Federal Təhlükəsizlik Bürosunun (FTB) qadın əməkdaşı İŞİD-çi ilə evlənib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, FTB-nin əməkdaşı Daniela Qrin Suriyaya gedərək Denis Kaspert adlı İŞİD üzvü ilə ailə qurub. O, ərini araşdırmalar barəsində xəbərdarlıq edib.
Bir neçə həftə sonra səhv etdiyini anlayan qadın ABŞ-a geri dönüb. Həbs edilən Qrin 2 il azadlıqdan məhrum edilib.
2015-ci ilin oktyabrında 39 yaşlı Kaspert ABŞ-ın Suriyada keçirdiyi əməliyyatlar zamanı öldürülüb.
Almaniyalı keçmiş reper Denis Kaspert 2012-ci ildə İŞİD-ə qoşulub. O, bir neçə baş kəsmə kadrlarında görüntülənib.

Son xəbərlər
Son Xəbərlər