FTX əməkdaşları ABŞ xeyrinə casusluqda ittiham olunur

ftx-emekdaslari-abs-xeyrine-casusluqda-ittiham-olunur
Oxunma sayı: 1129

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iki əməkdaşı və Kasperski Laboratoriyasının sabiq menecerinə qarşı ABŞ-ın xeyrinə casusluqda ittiham irəli sürülüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə həbs edilənlərdən birinin vəkili “İnterfaks”a bildirib.

Vəkil İvan Pavlov söhbətin Rusiya FTX İnformasiya Təhlükəsizliyi Mərkəzinin rəhbəri Sergey Mixaylov və onun tabeliyində çalışan Dmitri Dokuçayev, eləcə də Kasperski Laboratoriyası kompüter insidentlərinin araşdırılması şöbəsinin sabiq rəhbəri Ruslan Stoyanovdan getdiyini təsdiq edib.

Daha əvvəl KİV-lər 2016-cı il dekabr ayında dövlətə xəyanət ittihamı ilə iki nəfər FTX əməkdaşı və bir nəfər Kasperski Laboratoriyası menecerinin həbs edildiyini bildirmişdilər. Lakin bu məlumatların rəsmi təsdiqi olmayıb.

Bazar ertəsi kompüter informasiyasına qanunsuz müdaxilə ittihamı ilə jurnalist Vladimir Anikeyevin həbs edildiyi təsdiqlənib.

“İnterfaks” agentliyinin mənbələrinə görə, Anikeyevin həbs işi yüksək vəzifəli Rusiya məmurları və tanınmış biznesmenlərin şəxsi internet hesablarının sındırılması ilə bağlıdır, və Anikeyev, Mixaylov, Dokuçayev və Stoyanovun həbsləri bir-biri ilə bağlıdır.

Həmçinin Anikeyevin “Anonim İnternasional” haker qrupuna aidiyyətinin mümkünlüyü bildirilir.