Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bu gün Kempo İdman Federasiyasının üzvləri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisdə keçirilən görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və 12 nəfər kempoçu iştirak edib.
Görüşdə çıxış edən Ə.Hüseynli bu idman növünün hüquqi istiqamətlər baxımından inkişaf etdirmək yönündə öz tövsiyələrini verib.
Bildirilib ki, kempo döyüş sənətinin tarixi çox qədimdən başlayır. Ruslar onu “Əlbəyaxa döyüş”, çinlilər “Tsuan-fa”, yaponlar “Kempo” deyərək adlandırırlar.
Bu idman növü özündə döyüş fəndlərindən başqa ilk yardım, təbii üsullarla müalicəni cəmləşdirir. Müasir dövrdə Kempo döyüş sənətində bir neçə istiqamətlər inkişaf etdirilir.
Federasiya üzvləri görüşdən sonra Milli Məclisin iclas zalı ilə tanış olub, Heydər Əliyev muzeyinə baş çəkiblər.
Sonda onlarla xatirə şəkli çəkilib.

Son xəbərlər
Son Xəbərlər