Fuad Muradov Amerika -Azərbaycan Cəmiyyətinin nümayəndələri ilə görüşdü

fuad-muradov-amerika-azerbaycan-cemiyyetinin-numayendeleri-ile-gorusdu
Oxunma sayı: 1590

Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri Bakıya səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Amerika-Azərbaycan Cəmiyyətinin gələcək fəaliyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xatırladaq ki, Amerika-Azərbaycan Cəmiyyəti 1957-ci ildə yaradılıb. Cəmiyyət Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.

Hazırda cəmiyyətə Azərbaycan Demokratik Respublikasının ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.