“Qafqazinfo” xəbər verir ki, Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov və təşkilatın baş katibi Aydan Kərimli Avropa Parlamentində Belçikada fəaliyyət göstərən QHT nümayəndələri və “Böyük İpək Yolu” BGT-nin tərəfdaş qurumları ilə görüşüb. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı mümkün əməkdaşlıq perspektivinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, “Böyük İpək Yolu” BGT Avropa Parlamentində akkreditədən keçib. Təşkilata
bir il ərzində Avropa Parlamentinin tədbirlərində iştirak hüququ verilib.
Son xəbərlər
Son Xəbərlər