“Qafqazinfo” xəbər verir ki, müraciətdə bildirilib ki, adıçəkilən ünvanda baş verən yanğın zamanı binadakı bir sıra mənzillərə ciddi zərər dəyib. Hadisə baş verən ünvana gedən millət vəkili sakinlərlə görüşüb və vəziyyətlə yerində tanış olub. Məlum olub ki, yanğın zamanı 2 mənzil tam yarasız hala düşüb. Ümumilikdə binada 10 mənzilə ziyan dəyib.
Sakinlər millət vəkilinə yazılı müraciət edərək problemlə bağlı köməklik istəyiblər. Bina sakinləri ilə görüş zamanı Fuad Muradov bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılacaq. Sakinlərin sosial vəziyyətini və binaya dəymiş ziyanın böyük həcmdə olduğunu nəzərə alaraq millət vəkili Fuad Muradov Baş nazirə müraciət ünvanlayacağını diqqətə çatdırıb.
Son xəbərlər
Son Xəbərlər