Fuad Muradov da yenidən namizəddir

fuad-muradov-da-yeniden-namizeddir
Oxunma sayı: 2340

Millət vəkili Fuad Muradov yenidən parlament seçkilərində namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb. O, 34 saylı Xətai ikinci seçki dairəsindən namizəddir:

“Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə Azərbaycanımızı sevən, onun müstəqilliyinin qorunub saxlanmasında öz səylərini əsirgəməyən hər bir kəsə uğurlar arzu edirəm. Bu seçkilərin də hər dəfə olduğu kimi yüksək səviyyədə baş tutacağına əminəm. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti sahəsində 18 ilə yaxındır ki, çalışıram. Mənim üçün vətənimizin hər güşəsi doğma və əzizdir.

Bu Parlament seçkilərində namizədliyimi 34 saylı ikinci Xətai seçki dairəsindən irəli sürməyə qərar verdim. Bizim hər birimiz üçün ən vacib məsələ ölkəmizin ərazi bütövlüyü, müstəqilliyimizin qorunması və Azərbaycanın daha da inkişaf etdirilməsidir. Bu yolda hər zaman olduğu kimi bundan sonra da var qüvvəmlə çalışacağam”.