Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib

fuad-muradov-secicileri-milli-meclisde-qebul-edib-
Oxunma sayı: 777


“Qafqazinfo” xəbər verir ki, təmsil etdiyi dairədə yaşayan seçiciləri ayrı-ayrılıqda qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə və sair problemlər üstünlük təşkil edib.

Seçicilərinin problemlərini  və təkliflərini  dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Deputat F.Muradov seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.