Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib - Foto

fuad-muradov-secicileri-milli-meclisde-qebul-edib
Oxunma sayı: 2028

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə 43 seçici ilə görüşüb. Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və İdman Komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələləri dinləyib.

Qafqazinfo” xəbər verir ki, ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər və s. üstünlük təşkil edib.

Müraciət edən insanların problem və təkliflərini, eyni zamanda zəruri olan sənədləri qəbul edən Fuad Muradov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib. Bir sıra məsələlər yerindəcə həll edilib. Aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb.