Fuad Muradov seçiciləri qəbul edib- - Fotolar

fuad-muradov-secicileri-qebul-edib-
Oxunma sayı: 1062


"Qafqazinfo"ya daxil olan məlumata görə, əvvəlcədən müraciət etmiş seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edən millət vəkili onları narahat edən məsələlərlə tanış olub.

Müraciətlər arasında sosial, hüquqi məsələlərlə yanaşı bir sıra məişət, kommunal problemləri də yer alıb. Millət vəkilinə müraciət edən seçiciləri əsasən iş, mənzil qeydiyyatı, o cümlədən bir sıra hüquqi məsələlər narahat edir.

Seçiciləri dinlənildikdən sonra Fuad Muradov orqanlara ünvanlanması üçün ərizələri qəbul edib. Seçicilərinin bir sıra məsələlərinin yerində həll edilməsi ilə bağlı müəyyən tədbirlər görülüb.