Fuad Muradov Şəmkir Olimpiya kompleksində gənclərlə görüşüb

fuad-muradov-semkir-olimpiya-kompleksinde-genclerle-gorusub
Oxunma sayı: 1856


"Qafqazinfo"ya daxil olan məlumata görə, daha sonra, millət vəkili Şəmkir şəhər Olimpiya kompleksində rayon gəncləri ilə görüş keçirib. Görüşdə millət vəkili ölkəmizdə keçirilən 1-ci Avropa Oyunlarının ölkəmiz üçün önəmindən danışıb, bu önəmli tədbir zamanı ölkəmiz haqqında yalnış fikirlərin aradan qaldırılmasında gənclərin rolunun əhəmiyyətli olduğunu qeyd edib. Gəncləri təbliğat prosesində aktiv olmağa səsləyib.

O qeyd edib ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bugün bir çox dövlətlərə nümunədir. Gənclər də görüş zamanı onları maraqlandıran sualları deputata ünvanlayıblar.