Fuad Muradov Şəmkirdəki şahmat turnirindən danışdı

fuad-muradov-semkirdeki-sahmat-turnirinden-danisdi
Oxunma sayı: 1414


“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin deputatı Fuad Muradov turnirin beynəlxalq əhəmiyyətindən danışıb.   “Şəmkir rayonunda “Synergy Group” un təşkilatçılığı ilə Avropa çempionu, dünyanın aparıcı şahmatçısı mərhum  Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq  şahmat turnirinə start verilib. Şahmat turnirinin  açılış mərasimində mən də iştirak etdim. Şəmkirdə keçirilən şahmat tədbiri çox böyük tədbirdir. Həm Şəmkir rayon icra hakimiyyətinə, həm “Synergy” qrupa, həm də   Şəmkir rayon Gənclər İdman İdarəsinə təşəkür edirəm. Belə bir tədbirin Şəmkirdə keçirilməsi Azərbaycanın idman ölkəsi kimi artıq qəbul edilməsi deməkdir”.

Deputat Şəmkirdə keçirilən şahmat turnirinin beynəlxalq əhəmiyyətindən də danışıb.  

“Şahmat yarışı 100-dən çox ölkədə  yayımlanırdı. Həmin tədbirdə Vüqar Həşimovun da ailəsi iştirak edirdi. Vüqar şahmatçı olaraq qeyri-adi istedada malik idi.  Şəmkir  rayonunda  ikinci dəfədir ki, belə bir tədbir keçirilir. Keçən il də həmin tədbirdə iştirak etmişdim.

Qeyd edim ki,  Şəmkirin şahmat paytaxtı olması çox yaxşı haldır. Hazırda  Şəmkirdə davam edən şahmat turnirinə dünya şahmat federasiyasının prezidenti  də qatılmışdı. Bu onu göstərir ki, Azərbaycanın son illər həyata keçirdiyi siyasət öz bəhrəsini verir. Artıq dünya xəritəsində Şəmkir şəhərinin  də var. Bu dəfə Şəmkir rayonunu  dünyaya tanıtdıq. Son illər Şəmkirdə görülən işlər bunu sübut edir.

Yarışda bizdən 10 şahmatçı iştirak edir. Çox maraqlıdır ki,  həmin ərəfədə Ermənistanda da şahmat yarışı keçirilir. Buna baxmayaraq Vüqar Həşimova hörmət əlaməti olaraq güclü şahmatçılar Şəmkir şəhərini seçib Azərbaycana gəliblər”.  

Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2015” beynəlxalq şahmat turniri Aprelin 16-da Heydər Əliyev Mərkəzində başlayıb. Turnir davam edir.