Fuad Muradov SOCAR-ın Gürcüstan nümayəndəliyində olub - Foto

fuad-muradov-socar-in-gurcustan-numayendeliyinde-olub
Oxunma sayı: 1314

Aprelin 2-də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “SOCAR Energy Georgia” MMC-nin kollektivi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşü açan “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov iki qonşu dövlət arasında münasibətlərin sabitliyindən danışıb və Gürcüstanda yaşayan azərbaycanlılarla daim sıx əlaqə saxladıqlarını bildirib.

Komitə sədri SOCAR-ın Gürcüstan nümayəndəliyinin bu ölkədə yaşayan həmvətənlərimizi hər zaman dəstəklədiyini vurğulayıb. O, bu həssaslığa və dəstəyə görə “SOCAR Energy Georgia” MMC-nin kollektivinə təşəkkür plaketi təqdim edib.