Fuad Muradov Vyanada Hacıbəyovun abidəsini ziyarət etdi

Fuad Muradov Vyanada Hacıbəyovun abidəsini ziyarət etdi
Oxunma sayı: 796

Noyabrın 12-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfər edib.

“Qafqazinfo” xəbər verir ki, Səfər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun şəhərin Dunay parkında ucaldılmış abidəsinin ziyarətindən başlayıb.

Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və nümayəndə heyətinin üzvləri abidənin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, görkəmli Avstriya bəstəkarı Motsartın vətənində onun azərbaycanlı həmkarı Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmış abidənin açılış mərasimi 2006-cı il mayın 30-da olub. Abidənin müəllifi tanınmış heykəltaraş, Azərbaycanın xalq rəssamı Ömər Eldarovdur.

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi