Fuad Muradov Xətai sakinləri ilə görüşdü - Foto

fuad-muradov-xetai-sakinleri-ile-gorusdu
Oxunma sayı: 1012

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən milət vəkili seçilmiş Fuad Muradov seçiciləri qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkilinin Xətai rayonunda yerləşən qərargahında baş tutan görüşdə sakinlər onları narahat edən sosial, qeydiyyat, hüquqi məsələlər və işsizliklə bağlı müraciət ediblər.

Sakinlərlə ayrı-ayrılıqda görüşən və müraciətlərini dinləyən F. Muradov onlardan ərizə və şikayət məktublarını qəbul edib.

Qeyd edilib ki, bütün müraciətlər diqqətdə saxlanılacaq və mövcud poblemlərin həlli istiqamətində aidiyyatı orqanlarla birgə müvafiq tədbirlər həyata keçiriləcək.