Fuad Muradovun səfəri ərəb mediasında!

fuad-muradovun-seferi-ereb-mediasinda
Oxunma sayı: 1411

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyətinin ərəb ölkələrinə səfəri çərçivəsində Səudiyə Ərəbistanında keçirdiyi görüşlər yerli media ilə yanaşı ərəb mediasında da işıqlandırılıb.  

“Qafqazinfo”nun məlumatına görə, Səudiyə Ərəbistanının ən böyük xəbər agentliklərindən olan “Saudi Press Agency” bu barədə xəbər hazırlayıb. Xəbərdə bildirilir ki, tərəflər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə yanaşı, humanitar yardım məsələlərində gələcək əməkdaşlıqdan  da söz açıblar.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin ilk görüşü “Kral Salman” Humanitar Yardım Mərkəzinin rəhbəri Abdullah Ər-Rabiə ilə olub.

Bundan əlavə həmin görüş “Kral Salman” Humanitar Yardım Mərkəzinin internet saytında da işıqlandırılıb.