Fuad Qəhrəmanlı hər iki qızından imtina edib?

fuad-qehremanli-her-iki-qizindan-imtina-edib
Oxunma sayı: 3958

Qızı Selcan tərəfindən arvadına və övladlarına işgəncə verməkdə ittiham olunan AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı və arvadı Zümrüd Yağmurun boşanması prosesi davam edir. 

“Qafqazinfo” xəbər verir ki, sonuncu iclas haqda aznews.az saytı reportaj yayımlayıb. Yazıda qeyd olunub ki, məhkəməyə Z.Yağmur da, F.Qəhrəmanlı da gəlməyib. Z.Yağmurun vəkili deyib ki, Fuad Qəhrəmanlı arvadını və azyaşlı qızını evdən qovub və hər iki qızından imtina edib. Zümrüd Yağmurun F.Qəhrəmanlıya qarşı əmlak iddiası da qaldıracağı vurğulanıb. Çünki birgə yaşadıqları ev təkcə Fuada deyil, həm də Zümrüdə və qızlarına məxsusdur. Hazırda Zümrüd və qızı Sənay başqa ünvanda yaşayırlar.

Zümrüd Yağmur isə bu gün sosial şəbəkə hesabından açıqlama verərək yazılanların yalan olduğunu bildirib: “Səhəri yenə bir şouya açdım. Yalan- dolanla yenə də hərə öz oyununu oynayır. Məhkəmədən yazılan yazılar tamamən yalandır. Boşanan şəxslərin mülk bölgüsü normaldır. O doğrudur ki, mən ictimailəşmənin olmasını istəməmişəm və indi də prosesin kiminsə maraq və fürsəti üçün istifadə predmeti olacağını istəmədiyimdən məhkəmədə məni sona qədər vəkilim təmsil edəcək. Ayrıca, vəkilim Zibeydə xanımın və mənim adımdan yalan yazan bu tərbiyəsiz əllərin hamısını məhkəməyə verəcəm”.