Fuad Qəhrəmanlıya qarşı yeni ittiham

fuad-qehremanliya-qarsi-yeni-ittiham
Oxunma sayı: 951

Fuad Qəhrəmanlı ilə bağlı başladılan cinayət işinə yeni bir maddə əlavə olunub.

Vəkil Faxrəddin Mehdiyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, F.Qəhərmanlıya qarşı Cinayət Məcəlləsini 220.2-ci (kütləvi iğtişaşlara çağırış) maddəsi ilə cinayət işi açılaraq istintaq materiallarına əlavə edilib.

Vəkil qeyd edib ki, yeni maddə ilə açılan cinayət işi F.Qəhrəmanlının facebook statusları əsasında açılıb. O statuslarında vətəndaşları mütləvi iğtişaşa çağırdığı bildirilir.

Fuad Qəhrəmanlı bundan öncə Cinayət Məcəlləsinin 283.2.1-ci maddələri ilə ittiham olunaraq həbs olunub.

Murad Əhməd