Fulya Öztürk verilişindən imtina etdi

fulya-ozturk-verilisinden-imtina-etdi
Oxunma sayı: 4982

Türkiyədə FOX TV-də yayımlanan “Fulya ile umudun olsun”un aparıcısı Fulya Öztürk verilişdən imtina edib.

Bu barədə “Qafqazinfo” “Aksam”a istinadən xəbər verir.

“Ağlım, ruhum xəbərdə qalıb, yeni mövsümdə veriliş etmək istəmirəm”, - Öztürk açıqlamasında deyib.

Qeyd edək ki, F. Öztürk xəbər aparıcısı kimi tanınıb. O, həmçinin Azərbaycanda Vətən müharibəsi zamanı və sonrakı dövrdə hadisələrin işıqlandırılmasında yaxından iştirak edib.