Funda Arar və Linetdən sonra Vəfa Şərifova - “Misafirim ol”

funda-arar-ve-linetden-sonra-vefa-serifova
Oxunma sayı: 6948

Müğənni Vəfa Şərifova “Misafirim ol” mahnısını təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, söz və musiqisi Tural Bayraməliyevə məxsus mahnı Türkiyədə lentə yazılıb. Səfərdən yeni qayıdan Vəfa bunları bildirib:

“Mahnı “Altanturan” səs yazma studiyasında ərsəyə gəlib və 30-dan çox alətin ifasına yer verilib. Peşəkar musiqiçilərlə çalışdım. Həmin studiya ilə Funda Arar, Linet, Kubat kimi məşhurlar əməkdaşlıq edir. Növbəti mahnılarımı da bu şəkildə hazırlamağı düşünürəm”.

V.Şərifovanın yeni mahnısına klip çəkilişi nəzərdə tutulub.