Türkiyəli müğənni Funda Arar Bostancı Mərkəzində konsert verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni konsertdən sonra jurnalistlərin suallarını cavablandırıb.
Funda Arar açıqlamasında “Bağışla” adlı mahnısının müəllif hüquqlarına dair açılan məhkəməyə toxunub.
“Burada məni maraqlandıran bir mövzu yoxdur. Çünki biz mahnını Azərbaycanda ona aid olduğunu deyən birindən almışıq”.
Xatırladaq ki, türkiyəli müğənni yeni albomuna Miri Yusifin “Bağışla” mahnısı əlavə etmiş, hətta klip də çəkdirmişdi. Ancaq müəllifin adı qeyd olunmamışdı. Bununla bağlı Miri Yusif məhkəməyə müraciət etmişdi.
Məhkəmə prosesində Funda Arar uduzmuş, mahnının plagiat olduğu ortaya çıxmışdı.
Son xəbərlər
Son Xəbərlər