Meksika millisinin baş məşqçisi Xuan Karlos Osario dünya çempionatının 1/8 final mərhələsində Braziliyaya 0:2 hesabı ilə uduzduqları oyundan danışıb.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssis komandasının bir oyunçunun sayəsində xeyli vaxt itirdiyini bildirib:
“Biz yaxşı oyadıq və oyunu düzgün idarə etdik. Oyunun hakimi qərarları həmişə Braziliya leyhinə verirdi. Neymarın tez-tez özünü yerə atması üzündən bu qədər zaman itirdik. Futbola adına bir utancdır. Hakim bu hadisəyə heç nə söyləmədi və müdaxilə etmədi. Oyunçularım bu durumdan əziyyət çəkdir. Futbol adamların oyunudur, “”palyaçolar”ın yox. Düşünürəm ki, futbolda aktyorluğu məşq etmək lazımdır”.
Son xəbərlər
Son Xəbərlər