Futbol azarkeşi mopedlə dünyanın ən uzun çatdırılmasını etdi - Video

futbol-azarkesi-mopedle-dunyanin-en-uzun-catdirilmasini-etdi
Oxunma sayı: 5608

“Wolt”da kuryer olaraq çalışan futbol fanatı Şadiman Xarşiladze rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, o, mopedlə dünyanın ən uzun çatdırılmasını edib.

Belə ki, Tbilisidən yola çıxan tərəfdar 12 gün ərzində 7 ölkənin ərazisində 4000 km məsafə qət edərək Düsseldorfa çatıb. Son dayanacağı tarixində ilk Avropa Çempionatında iştirak edəcək Gürcüstan millisinin düşərgəsi olan Xarşiladze üzərində azarkeşlərin ürək sözləri yazılmış ölkə bayrağını yığma üzvlərinə təhvil verib.