“Futbol elə həddə çatıb ki...”

futbol-ele-hedde-catib-ki
Oxunma sayı: 1194

Azərbaycan Premyer Liqasının 20-ci turunda evdə “İnter”ə uduzan (0:1) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

"Qafqazinfo" xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bölüşüb:

"Rəqibi təbrik edirəm. Futbolçular bu gün çox əziyyət çəkdilər. Bu günçatışmayan cəhətlərimiz çox idi. Bunları düzəltməliyik. Çalışıb, bu çatışmazlıqları düzəltməliyik. Çempionatın sonuna hələ var. Oyunların sayı get-gedə azalır. Rəqibə bundan sonrakı oyunlarda uğurlar arzulayıram".

Qurbanov azarkeşlərin etirazına da münasibət bildirib:

"Mənə etiraz etdiklərini eşitdim. Transferlə bağlı etiraz edirdilər. Bunu normal qarşılamalıyıq. Təkcə məşqçilər, futbolçular yox, hamımız məğlub olmağı da bacarmalıyıq. İllərdi bu komanda üçün əlimizdən gələni edirik. Uğursuzluqdan sonra bu cür hallar ortaya çıxır. Ailədə də uşağa hər istədiyini verəndə, sonra nə isə çatışmayanda etiraz edir. Azarkeşlərin də müəyyən qədər haqqı var. Futbol elə həddə çatıb ki, hətta ən böyük klublar belə bəzən 4-5 top fərqi ilə uduzur. Çünki hamı işləyir, özünü inkişaf etdirir. Dediyim kimi bu cür halları normal qarşılayıram. Ancaq məni yaxşı tanıyırlar. Məncə, belə etirazları öz aramızda həll etsək daha yaxşı olar. Belə etirazları rəqib azarkeşlər önündə edərək onları sevindirməməlidilər".