Futbol klubunu 2 milyona almaq istəyir

futbol-klubunu-2-milyona-almaq-isteyir
Oxunma sayı: 2625

Dünyaca məşhur aktyor Rayan Reynolds biznesini genişləndirmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, əslən Kanadadan olan film ulduzu “Wrexham” futbol klubunu almaq istəyir. Bu barədə “Wrexham” İdarə Heyəti məlumat yayıb. Bildirilib ki, klubu almaq istəyən iki nəfərdən biri Reynoldsdur.

“Wrexham”a sahib olmaq istəyən digər şəxs isə aktyor Rob Makelhennidir.

Qərb KİV yazır ki, Roba nisbətən Rayanın kluba sahib olma şansı daha böyükdür. O, bunun üçün 2 milyon sterlinq ödəmək fikrindədir.

Qeyd edək ki, Blake Lively ilə evli olan üç uşaq atası Reynolds “Aviation Gin” içki şirkətini ötən ay 610 milyon dollara satmışdı.