Futbol matçında ara qarışdı, ölənlərin sayı 174-ə çatdı - Video+Yenilənib

futbol-matcinda-ara-qarisdi-olenlerin-sayi-174-e-catdi
Oxunma sayı: 11854

İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb.

Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub. Ölənlər arasında iki polis əməkdaşı da var.

Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.

***

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində 174 nəfər həlak olub.

Bu barədə “The Mirror” məlumat yayıb.

İndoneziya polisinin məlumatına görə, təxminən 180 nəfər xəsarət alıb.